Logo

TƏBİB qızılcadan vəfat edən uşaqla bağlı açıqlama verib

30.11.2023 14:13 334 baxış
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakıda qızılca xəstəliyindən vəfat edən uşaqla bağlı açıqlama verilib.

Tehsil.biz quruma istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometr ünvanından 30.11.2023-cü il tarixində 04:26-da çağırış daxil olub:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, patoloji-anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

Xəbər lenti