Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə reytinqin 1001-1200 diapazonunda qərarlaşıb.
"Tehsil.biz"in məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev də sosial hesabında paylaşım edib.
Nazir qeyd edib ki, ali təhsil müəssisələrimizin reytinq göstəricilərində irəliləyişinin olması sevindirici haldır:
"Hər üç universitetin, xüsusilə müvafiq reytinq üzrə son 5 ildə ilk dəfə top-1000-də yenidən təmsil olunması münasibətilə Bakı Dövlət Universitetinin akademik heyətini ürəkdən təbrik edirəm".
Mərcanə Əsədova