Logo

Ali məktəbi yüksək nəticə ilə bitirən tələbə həyatını itirdi

11.10.2024 12:21 194 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) məzunu vəfat edib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat paylaşıb.

Bildirilib ki, yüksək ortalama ilə bakalavr məzunu, Bakı Musiqi Akademiyasının magistr tələbəsi Sərvət İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, Sərvət İbrahimov dünən axşam saatlarında Naxçıvanda iştirak etdiyi nişan mərasimində qəflətən halı pisləşib.

Təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

Xəbər lenti