Logo

“Məktəbəqədər təhsilin təşkili və planlaşdırılması xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib

06.11.2024 12:12 112 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrində planlaşdırma üçün yerinə yetiriləcək tədris-təlim işlərinin əvvəlcədən layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Planlaşdırmanın köməyi ilə tərbiyəçi-müəllim təhsil proqramının reallaşdırılmasına hazırlığı (pedaqoji vəzifələri, mövzunu, vaxtı müəyyən edir) həyata keçirir.

Sözügedən fəaliyyətə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin əməkdaşlarının iştirakı ilə 5 noyabr tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 26 saylı körpələr evi – uşaq bağcasında rayonun tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin təşkili və planlaşdırılması xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir zamanı məktəbəqədər təhsilin tədris – təlim prosesinin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.


 

Xəbər lenti