Logo

ARTİ tərəfindən “Məktəbəqədər təhsilin təşkili və planlaşdırılması xüsusiyyətləri” mövzusunda görüş keçirilib

06.11.2024 13:20 106 baxış
IMG

Noyabrın 5-də Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 26 saylı körpələr evi – uşaq bağçasında rayonun tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin təşkili və planlaşdırılması xüsusiyyətləri” mövzusunda “dəyirmi masa” keçirilib. 

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir zamanı məktəbəqədər təhsilin tədris – təlim prosesinin təşkilinə və idarə olunmasına yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti