Logo

AzMİU-nun jurnalı nüfuzlu beynəlxalq bazaya daxil edilib

06.11.2024 17:59 37 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı beynəlxalq bazaya daxil edilib. Bu, jurnala beynəlxalq səviyyədə elmi nüfuz qazandırmaqla yanaşı, onun daha geniş auditoriyaya çatmasına və tanınmasına şərait yaradır.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan bildirilib. “Index Copernicus International” (ICI) tərəfindən yayılan məlumatda bildirilir ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı (ISSN: 2519-2507) 2023-cü il üzrə qiymətləndirmə prosesindən uğurla keçərək “ICI Journals Master List” bazasında yer alıb. Jurnalın 2023-cü ildəki fəaliyyəti əsasında onun parametrlər üzrə güc göstəricisi (ICV indeksi) hesablanıb və ICV 2023 göstəricisi 50.57 olaraq müəyyən edilib. Bu göstərici jurnalın elmi səviyyəsi və məzmun keyfiyyətinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

Bununla yanaşı, jurnalın “My Journals” bölməsində hər bir qiymətləndirmə meyarı üzrə əldə olunan xalları əks etdirən ətraflı hesabat təqdim olunub. Bu hesabat jurnalın müxtəlif meyarlar üzrə elmi və texniki keyfiyyətini təhlil etməklə redaksiya heyətinə inkişaf sahələrini müəyyənləşdirməkdə kömək edir.

Jurnalın beynəlxalq nüfuzunu daha da artırmaq məqsədilə “Web of Science”, “Scopus”, “DOAJ” və “ERIH Plus” kimi beynəlxalq bazalarda indeksasiya potensialının araşdırılması üçün xüsusi xidmətlər də təklif olunur. Bu xidmət çərçivəsində jurnala uyğun inkişaf strategiyası hazırlanır və onun beynəlxalq elmi bazalara daxil edilməsi üçün tələb olunan addımların siyahısı təqdim edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər jurnalı daha geniş elmi ictimaiyyətə tanıtmaq və onun elmi səviyyəsini daha da artırmaq məqsədi daşıyır.

Xəbər lenti