Logo

Təhsil eksperti: COP29 xarici tələbələrin Azərbaycan universitetlərinə marağını artıracaq

10.11.2024 16:16 134 baxış
IMG

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edərək öz təhlükəsizliyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dünya dövlətlərinin Azərbaycanın ev sahibliyində bu kimi tədbirlərdə təmsil olunması ölkəmizin dünyada tanınmasının göstəricisidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycanın iqtisadi inkişafının, müstəqil siyasət aparmasının, təhlükəsizliyinin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu göstərir.

Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi xarici tələbələrin yerli universitetlərimizdə təhsil almasına müsbət təsir göstərəcək: “Tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycan ilə bir neçə istiqamətdə, həmçinin təhsil sahəsində əməkdaşlıq etmək istəyəcəklər. Təhlükəsiz bir dövlətdə təhsil almaq istəyən xarici tələbələr üçün Azərbaycan universitetləri əlverişli bir seçim olacaq. Azərbaycan bir çox xarici tərəfdaşı ilə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində tələbə mübadiləsi həyata keçirəcək. Paralel olaraq Azərbaycan universitetləri və xarici dövlətlərin ali təhsil müəssisələri arasında ikili diplom proqramları genişlənəcək”.

Xəbər lenti