Logo

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Şəmkir rayonunda keçirilib

06.12.2024 10:57 161 baxış
IMG

5 dekabr 2024-cü il tarixində Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri və müəllimləri ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu (TİF) ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.

Bu barədə TƏHSİL.BİZ -ə Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Anar Nəcəfov, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov, eləcə də müxtəlif məktəblərin direktor, müəllim və şagirdləri iştirak ediblər.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Anar Nəcəfov tədbirin təşkilatçılarına təşəkkür edib. O, layihənin region məktəblərində mütaliə mədəniyyətinin yüksəldilməsinə və tədris keyfiyyətinin artırılmasına göstərdiyi töhfədən danışıb. Anar Nəcəfov bü cür təşəbbüslərin gələcək nəsillərin maariflənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Fondun fəaliyyət istiqamətləri və məqsədlərindən bəhs edib. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr, “Məktəblərə kitab ianəsi” layihəsinin şagirdlərin dünyagörüşünü artırmaq və mütaliə vərdişlərini inkişaf etdirmək üçün əhəmiyyətli olduğunu qeyd edib. Çıxışının sonunda Elnur Nəsibov tədbirdə iştirak edən şagird və müəllimlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir parçası olmaqdan qürur duyduğunu ifadə edib. O, bu təşəbbüsün yalnız kitabların ianəsi ilə məhdudlaşmadığını, həm də şagirdlərin intellektual inkişafına dəstək verdiyini bildirib. Tədbir zamanı şagirdlər arasında viktorina təşkil olunub. Doğru cavab verən şagirdlərə əlavə kitablar və həvəsləndirici hədiyyələr təqdim edilib.

Fərman Salmanov adına tam orta məktəbin direktoru Alidə Hüseynova çıxışında təmsil etdiyi məktəbin uğurlarından danışıb. O qeyd edib ki, məktəbin şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərir, hər il qəbul faizi artmaqdadır. Bununla yanaşı, məktəbin şagirdləri respublika fənn olimpiadalarında fəal iştirak edir, yüksək yerlər qazanır və məktəbi layiqincə təmsil edirlər. Direktor bu layihənin şagirdlərin mütaliə mədəniyyətinə və intellektual inkişafına daha böyük töhfə verəcəyinə inandığını bildirib.

Tədbir şagirdlər və müəllimlər arasında böyük maraqla qarşılanıb və məktəblərin maarifləndirilməsi yolunda növbəti bir addım kimi qiymətləndirilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/2b7f48dc-cf93-455a-aec1-3452993fc21f_6-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/c552afa2-9af3-41d7-9a77-b8e55318c9ae_2-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/1c501a19-5a01-4024-97d2-1090a6ed267d_3-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/78af75ac-7300-4707-a57b-944c36f70506_4-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/f38f0ac6-ae22-462d-bb55-85574bb8a059_5-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/3d3048a1-8682-42b3-ae97-25eab8cb5553_7-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/6ce8ad21-5262-4669-ba1b-d57bbfd73dae_9-2.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/2fd5a2ea-b0fe-4cf1-8d95-e49b766db513_10-1.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/4483ab99-2924-4483-a410-21a546f2d88f_rsz_8.jpg

 

 

 

 

 


 

Xəbər lenti