Logo

ADPU-da Beynəlxalq Könüllülər Günü qeyd olunub

06.12.2024 12:31 117 baxış
IMG

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılğı ilə 5 Dekabr - Beynəlxalq Könüllülər Gününə həsr edilmiş “ KönüllüSƏN, ən öndəSƏN” adlı bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, Birləmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1985-ci ildən etibarən 5 dekabr tarixi bütün dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Prof. F.Rzayev bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də könüllülər cəmiyyətin hərəkətverici qüvvəsi, ictimai məsuliyyətin təcəssümüdür. Onların müxtəlif layihələrdə göstərdikləri əzmkarlıq və fədakarlıq həm şəxsi inkişaflarına, həm  milli maraqların qorunması və təbliğinə, həm də cəmiyyətin tərəqqisinə mühüm töhfələr verir.

Pedaqoji Universitetin daxilində fəaliyyət göstərən ictimai təşkilatların hər zaman öz fəallıqları ilə fərqləndiklərini qeyd edən prorektor əlamətdar gün münasibətilə bütün könüllüləri səmimi-qəlbdən təbrik edib və ictimai fəaliyyətdə yeni uğurlar arzu edib. 

Sonra universitetin ictimai-sosial həyatında fəallıqları ilə seçilən tələbələr Fəxri fərmanla təltif ediliblər.

Çıxış edən ADPU TKTB-nin sədri Səidə Abulova qonaqları salamlayıb, Beynəlxalq Könüllülər Günü münasibətilə tələbələri təbrik edərək, gəncləri onlar üçün hazırlanmış tədbirdən zövq almağa çağırıb.

Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış musiqi nümunələri, milli filmlərdən seçilmiş səhnəciklər təqdim edilib, milli və xarici rəqslərdən ibarət fləşmob nümayiş edilib, əyləncəli oyun və viktorinalar keçirilib.

Xəbər lenti