Logo

“Alimlərimizin impakt faktorlu jurnallara çıxışı üçün dəstək göstərilməlidir” – Hikmət Əlizadə

06.12.2024 14:35 180 baxış
IMG

"Elm və ali təhsil müəssisələrində çalışan elm adamlarının impakt faktorlu jurnallarda məqalələrinin çap edilməsi ilə bağlı dəstəyə və düzgün istiqamətləndirməyə ehtiyac var".

TƏHSİL.BİZ xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində keçirilən görüşdə deyib.

Şura sədri həmçinin təhsilalanlara etika və plagiarizmdən yayınmağın tədris prosesində öyrədilməsinin zəruriliyi barədə narahatlıqlarını da agentliyə bildirib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova isə bildirib ki, bu gün ali məktəblərlə elmi-tədqiqat institutları affiliasiya olunur.

"Proses daxilində müəssisələrdə çalışan təhsilverənlərin bibliometrik və elmmetrik bazalara çıxışı təmin edilməklə yanaşı, təlimlər də təşkil olunur. Bugünədək 10 təlim yekunlaşdırılıb, il sonuna qədər isə daha 3 təlim keçiriləcək".

Xəbər lenti