Logo

Biofizika İnstitutunda BDU-nun magistrantları ilə görüş keçirilib

06.12.2024 15:20 163 baxış
IMG

Biofizika İnstitutunda Baki Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinin I kursunda oxuyan tələbələr ilə görüş keçirilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, görüş magistrantları elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyıb.

Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının rəhbəri Taleh Yusifov laboratoriyada aparılan tədqiqat işləri barədə tələbələri məlumatlandırıb. O, K+ kanallarının növləri, funksiyaları, quruluşu, həmin kanalların təbii və mutant formalarının sitoplazmatik domeninin klonlaşdırılması üçün istifadə olunan metodlar barədə geniş izah verib. Taleh Yusifov tədqiqatların daha da genişləndirilməsi, klonlaşdırma prosesinin təkmilləşdirilməsi və rekombinant ekspressiyanın vacibliyi barədə fikirlərini bölüşüb. Bu sahədə beynəlxalq səviyyədə aparılan araşdırmalar və əldə olunan nailiyyətlər də müzakirə edilib.

Daha sonra tələbələrə Hüceyrə siqnalının ötürülməsi və Molekulyar və hüceyrə biokimyası laboratoriyaları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Laboratoriyanın kiçik elmi işçisi Fidan Qüdrətova tələbələrə burada istifadə olunan cihazların iş prinsipləri barədə ətraflı məlumat verib. Tələbələr laboratoriyada öz sahələrinə dair bilik və bacarıqlarını əyani şəkildə artırmağa imkan qazanıblar. Xüsusilə cihazların texniki imkanları və müasir elmi tədqiqatlarda tətbiq sahələri diqqətə çatdırılıb.

Tədbirin sonunda tələbələrə laboratoriyaların fəaliyyəti və elmi araşdırmaların aparılmasına dair şəxsi iş planı təqdim olunub. Bu plan tələbələrin təhsil və elmi-tədqiqat prosesində daha effektiv nəticələr qazanması üçün istiqamətləndirici rol oynayacaq. Şəxsi iş planları çərçivəsində tələbələrə qarşıdakı aylarda görüləcək işlərin mərhələləri və əsas prioritetlər açıqlanıb.

 

Xəbər lenti