Logo

Müəllimlər üçün esse müsabiqəsinin qiymətləndirmə mərhələsi başa çatdı

17.12.2024 15:10 127 baxış
IMG

TƏHSİL.BİZ  qəzetinin 90 illik yubileyi münasibətilə "Ədibin Evi" tərəfindən təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsində qiymətləndirmə mərhələsi başa çatıb.

Tanınmış təhsil mütəxəssislərindən ibarət 8 nəfərlik münsfilər heyəti müasabiqənin şərtlərinə uyğun təqdim olunan 267 müəllimin 269 essesini müəllifləri anonim qalmaq şərti ilə nəzərdən keçirərək qiymətləndirib. 

Qələbəyə namizədlər 19 dekabrda keçiriləcək münsiflərin son iclasında TOP20 esse arasından müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq.

Mükafatlandırma mərasimi 23 dekabr tarixində “Ədibin Evi”ndə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin iştirakı ilə keçiriləcək.

Mükafatlandırmada iştirak edəcək qaliblərlə əlaqə saxlanılacaq. 

Sizlərdən kim təbrik messajı alan iştirakçımız olacaq?

Bütün müəllimlərimizə uğurlar arzulayırıq! 

Xəbər lenti