Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
TƏHSİL.BİZ Publika.az -a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Çeçenistan paytaxtının hava limanının mətbuat xidməti açıqlayıb ki, Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçkalaya, sonra isə Aktauya yönəldilib.
Digər iddiaya görə, təyyarənin Çeçenistana PUA hücumu səbəbindən istiqamətini dəyişdirdiyi bildirilir. İlkin məlumatlara görə, Qroznı bir neçə PUA-nın hücumuna məruz qalıb.