Logo

ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub

14.01.2025 17:14 103 baxış
IMG

Yanvarın 14-də Avrasiya Universitetlər Birliyinin (EURAS) İdarə Heyətinin onlayn iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-dan məlumat verilib.

İclasda rektor Cəfər Cəfərov Pedaqoji Universitetin EURAS üzvü kimi fəaliyyəti barədə məlumat verib və əməkdaşlıq perspektivləri haqqında danışıb.

Görüş zamanı EURAS-nin növbəti fəaliyyət istiqamətləri, xüsusilə “EURAS NextGen” və “EURAS QforSD” platformalarının icmalı, eləcə də 2025-ci il üçün EURIE sammitinə hazırlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin EURAS-nin yeni İdarə Heyəti üzvlərinin vəzifə və öhdəliklərindən bəhs edilib.

Xəbər lenti