Logo

ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

22.01.2025 15:27 42 baxış
IMG

Çin Xalq Respublikasının (ÇXR) Qansu regionunun UNESCO Assosiasiyasının prezidenti Du Yongjun Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqla görüşən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin hədəfləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor deyib ki, ADAU beynəlxalq ali təhsil müəssisələri və şirkətlərlə kadr və mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Görüşdə Çində yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, universitetin dayanıqlılıq siyasətinə uyğun olaraq, karbon emissiyasının azaldılması istiqamətində birgə fəaliyyət və yeməli göbələklərin birgə tədqiq olunması məsələləri müzakirə edilib.

Du Yongjun Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirərək, birgə fəaliyyətin müəyyənləşdirilməsi istiqamətində fikirlərini səsləndirib.

Görüşdən sonra qonaq ADAU-nun Tədris-təcrübə təsərrüfatına baş çəkib.

Xəbər lenti