Logo

"Sabahın alimləri" müsabiqəsində iştirak edəcək şagirdlər bəlli olub

03.02.2025 17:07 98 baxış
IMG

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olunub. 

Bu barədə TƏHSİL.BİZ -ə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən IX-XI sinif şagirdlərinin elmi-tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində sərgidə iştirakı məqbul hesab olunan layihələr artıq seçilib və bu barədə qalib layihələrə məlumat göndərilib.

Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin mart ayında Bakıda keçirilməsi planlaşdırılır.

Xəbər lenti