Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək imtahanların siyahısı açıqlanıb.
TƏHSİL.BİZ fevral ayında keçiriləcək imtahanlar və imtahana qeydiyyat tarixlərini təqdim edir.
Fevralın 13-də taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı keçiriləcək.
Fevralın 16-da keçiriləcək imtahanlar:
BB vəzifə altqrupu üzrə test imtahanı;
Magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi;
Doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil imtahanı;
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək.
Fevralın 17-də doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Fevralın 19-da xarici dil imtahanı (doktorantura, danışıq bloku) keçiriləcək.
Fevralın 20-dən etibarən:
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat;
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı;
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı başlayacaq.