Logo

BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib

06.02.2025 08:37 96 baxış
IMG

Bakı Dövlət Universitetinin ölkə üzrə beynəlxalq bazalarda indekslənən ilk və yeganə tələbə jurnalı ABŞ-ın Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Baku State University Law Review” adlı həmin jurnal Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən nəşr olunur.

Berkli kitabxana sistemi 400-dən çox dildə 14 milyondan çox kitab, jurnal və digər fonda malikdir.

Qeyd edək ki, 2014-cü ildən nəşr olunan “Baku State University Law Review” jurnalı 2019-cu ildən etibarən “Scopus” bazasında idekslənir. Hüquqi yazı və hüquqi düşünmə bacarıqlarını inkişaf etdirmək üçün tələbələri akademik tədqiqat aparmağa həvəsləndirmək və bunu ədalətli rəqabətə çevirmək jurnalın əsas məqsədlərindəndir.

Xəbər lenti