Logo

YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb

06.02.2025 11:56 38 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb.

YTP-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu tərəfdaşlıq marketinq və rəqəmsal transformasiya sahəsində innovasiyaları və əməkdaşlığı təşviq etmək üçün mühüm addımdır. Razılaşmaya əsasən, aparıcı marketinq agentliyi olan “OnDigital” “SABAH.city” innovasiya şəhərciyində fəaliyyətə başlayacaq. Şirkət brendinq, rəqəmsal strategiya, süni intellekt və kreativ həllər sahəsindəki təcrübəsi ilə ekosistemin inkişafına töhfə verəcək. Bu əməkdaşlıq müasir marketinq təşəbbüslərini irəli aparmaq və rəqəmsal sahənin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Xəbər lenti