Logo

Ucar məktəbində şagirdlər arasında baş verən hadisə ilə bağlı araşdırma aparılır

06.02.2025 12:06 117 baxış
IMG

Fevralın 4-ü saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti