Logo

ADPU və Neft-Kimya Prosesləri İnstitutu birgə seminar keçirib

06.02.2025 12:29 43 baxış
IMG

Fevralın 5-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsi və Elm və Təhsil Nazirliyinin Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili” adlı seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. 

Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə ADPU-nun Kimya və biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutan seminarda NKPİ-nin baş direktoru akad. Vaqif Abbasov və institutun əməkdaşları, ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin professor-müəllim heyəti iştirak edib. 

Açılış nitqi ilə çıxış edən NKPİ-nin baş direktoru akad. Vaqif Abbasov bütün bəşəriyyəti narahat edən ekoloji problemlərdən, bu problemlərin həlli yolunda Azərbaycan təhsilinin və ölkəmizdə aparılan elmi-tədqiqatların rolundan bəhs edib, dayanıqlı inkişafın məzmunu və dayanıqlı inkişafda keyfiyyətli təhsil amilinin əhəmiyyətindən danışıb.

Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişafın 17 məqsədi, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” haqqında danışaraq bu konteksdə təhsilin vəzifələrindən danışıb.

Daha sonra seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Xəbər lenti