Logo

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” konfransına yekun vurulub

06.02.2025 14:23 46 baxış
IMG

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı başa çatıb.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, iştirakçılar 3 gün davam edən konfrans çərçivəsində “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. “Texnoritm Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.

Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.

Konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb. Builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib.

Konfrans öz işini bu gün yekunlaşdırıb.

 

 

 

 


 

Xəbər lenti