Logo

Növbəti tədris ilindən “Şagird davranış qaydaları” bütün məktəblərdə tətbiq ediləcək

06.02.2025 15:27 112 baxış
IMG

Növbəti tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində “Şagird davranış qaydaları”nın tətbiqi nəzərdə tutulur.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, bu qaydalar 2 tədris ili ərzində 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq olunub. Pilot müəssisələr üzrə monitorinq və təhlillər aparılıb, təkliflər formalaşdırılıb.

Nazir əlavə edib ki, qaydalarda şagirdlərin fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı, onlara qarşı ayrı-seçkilik, həmçinin verbal, sosial-psixoloji və kiberqısnamanın (bullinq) qarşısının alınması kimi bir çox zəruri məsələlər ehtiva olunub.

Xəbər lenti