Bakı Slavyan Universitetində (BSU) erməni dilinin tədrisinə başlanılacaq.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə BSU-nun rektoru Anar Nağıyev bu gün universitetdə “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində təşkil olunan “Qərbi Azərbaycan tədqiqatlarda: Çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Rektorun sözlərinə görə, 2025-2026-cı tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.