Logo

Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda infosessiya keçirilib

13.02.2025 16:53 230 baxış
IMG

12 fevral tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində (BMU) “SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı infosessiya keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.

Elm və ali təhsil müəssisələrindən 300 nəfərdən çox akademik və inzibati heyətin iştirakı ilə baş tutan infosessiyada Agentliyin əməkdaşları tərəfindən  "Scopus" elmmetrik bazasından və “SCOPUS AI” süni intellekt alətindən istifadə qaydaları barədə iştirakçılara məlumat verilib. 

İnfosessiya nəşr üçün mənbələrin seçilməsi, müəllif və qurum profilləri, “SCOPUS AI” aləti ilə əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də tədqiqata ayrılan vaxta qənaət kimi mövzuları əhatə edib.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti