Logo

BŞTİ: Məktəbliyə fiziki zorakılıqla bağlı yayılan görüntülər araşdırılır

13.02.2025 17:50 135 baxış
IMG

Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

TƏHSİL.BİZ bu barədə Report-un sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil idarəsindən bildirilib.

"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır".

Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin ətraf ərazisində məktəblilərin şagirdə fiziki bullinq etdiyi görüntülər yayılıb.

Xəbər lenti