Logo

Naxçıvanda psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

13.02.2025 18:00 267 baxış
IMG

Fevralın 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində vakant psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, STEAM Təlim-Tədris Mərkəzində saat 09:00-da keçiriləcək müsahibə mərhələsində namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komisiya tərəfindən yoxlanılacaq. 

Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələ uğur qazanacaqlar.

Müsahibədə 31 yanvar tarixində keçirilən test imtahanında uğur qazanan 18 namizədin iştirakı nəzərdə tutulur.

Müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50 vakant vəzifə çıxarılıb.

Qeyd edək ki, namizədlər aşağıdakı linklərə keçid edərək müsahibə qrafiki və müsahibə proqramı ilə tanış ola bilərlər. Müsahibə qrafiki ilə bağlı məlumat namizədlərin mobil nömrələrinə SMS vasitəsilə də göndərilib.

Müsahibə qrafiki: https://shorturl.at/sgR3l

Müsahibə proqramı: https://shorturl.at/ic3bm

Xəbər lenti