Logo

Rektor: Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb

18.03.2025 13:51 62 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşlarının elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu universitetin rektoru Elbrus İsayev  "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.


Rektor qeyd edib ki, 2024-cü ildə NDU-nun alimlərinin “Scopus”da indekslənən məqalələrinin sayı 2023-cü illə müqayisədə 5, “Web of Science”də indekslənən nəşr sayı 2 dəfə artıb.

E.İsayev əlavə edib ki, 2020-ci ildə universitet üzrə cəmi nəşr sayı 579 olub ki, 1 akademik heyətə düşən nəşr sayı 1,3 olub. 2024-cü ildə nəşr sayı 2400-dən çox olub ki, 1 akademik heyətə düşən nəşr sayı 4,3 olub. Son 5 ildə nəşr sayı 4 dəfədən çox artıb. 1 akademik heyətə düşən nəşr sayı 3,3 dəfə artıb, bu da əvvəlki illərin ən yüksək göstəricisidir.

Xəbər lenti