Tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi üçün əcnəbi professorların cəlbi davamlı olaraq diqqətdə saxlanılıb.
TƏHSİL.BİZ xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.
Rektor qeyd edib ki, 2024-2025-ci tədris ilində 17 əcnəbi professor tədris prosesinə, 20 əcnəbi professor tədqiqat prosesinə və 23 əcnəbi professor isə təlimlərə cəlb edilib. Buraya Türkiyə, Yaponiya, Niderland, ABŞ-nin nüfuzlu universitet və elmi-tədqiqat institutlarının alimləri daxildir. Bu da universitetin ümumi akademik heyətinin 10.7%-ni təşkil edir.