Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində təntənəli Novruz şənliyi keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bayram münasibətilə liseyin müəllim və şagird heyətini təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Lisey şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalara, Novruz ənənələrini ehtiva edən stendlərə baxış keçirilib.
Daha sonra Novruz tonqalı qalanıb. Tədbir konsert proqramı ilə davam edib.