Logo

İlk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” reytinqinə daxil olub

09.10.2025 10:37 46 baxış
IMG

Ölkə tarixində ilk dəfə 4 universitetimiz “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.

TƏHSİL.BİZ xəbər verir ki, ötən il yalnız 2 universitetimiz bu siyahıda yer alıb, 2020-ci ildə isə universitetlərimiz ümumiyyətlə THE qlobal reytinqində təmsil olunmayıb. 

2 universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. 

İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də yer alır. 1501+ diapazonunda yer alan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.

Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.

Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb.

 


 

Xəbər lenti