Logo

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

09.10.2025 15:47 52 baxış
IMG

Oktyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Fizika İnstitutunda Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun və Fizika İnstitutunun əməkdaşları ilə görüş keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı süni yağış və havadan suyun alınması üzrə qurğular, eləcə də aerokosmik məlumatların əldə olunması və emalı məsələləri müzakirə olunub.

Qeyd edək ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 10 oktyabr tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və 2024–2027-ci illəri əhatə edir. Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2024–2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hazırlanıb və təsdiq edilib. 

Nazirliyin Tədbirlər Planına əsasən, ümumilikdə 5 prioritet istiqamət, 12 məqsəd, 32 tədbir və 109 indikator müəyyən edilmişdir ki, 4 tədbir və 26 indikator üzrə Nazirlik əsas icraçı, 28 tədbir və 83 indikator üzrə isə digər icraçı qismində çıxış edir.

7 oktyabr 2025-ci il tarixində keçirilmiş görüş, strategiyanın icrasına dair nazirliyin təşkilatçılığı və digər icraçı qurumların iştirakı ilə birgə keçirilən sayca dördüncü görüş olub. 

 

 

 

 


 

Xəbər lenti