Logo

Məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyəti necədir? - AÇIQLAMA

06.04.2023 15:18 716 baxış
IMG

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb.

"Tehsil.biz"in məlumatına görə, qurumdan bildirilib ki, 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

Xatırladaq ki, bu gün Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Prokurorluq zəhərlənmə ilə bağlı araşdırma aparır.

Xəbər lenti