Logo

Sənədlərin tarixi, yaxud həqiqətin onomastikası

22.05.2023 22:05 286 baxış
IMG

Əziz oxucu, düşünürəm ki, sələflərinin yolunu davam etdirən müəllimlərimizin fədakar əməyinə aşağıda apardığımız kiçik tarixi müqayisədən sonra toxunsaq, daha məqsədəuyğun olar. 

"Dahi Həsən bəy Zərdabinin "Əkinçi"si az, çox az yaşadı. O qədər az ki, bu müddətdə bəzi uşaqlar hələ heç dil də açmır. Amma "Əkinçi" bu az vaxtda qaranlıq bir mühitdə fanatizmin – dinin, irticanın hökm sürdüyü bir şəraitdə o qədər işlər gördü, o qədər dillər açdı ki, bundan sonra gələn bütün mütərəqqi mətbuat orqanlarımıza nümunə oldu. (Bax: Qulu Xəlilov, "Alqışa layiq", "Azərbaycan təbiəti", 1985, sayı: 51, s.4).

Qulu Xəlilovun fikirlərindən sonra Şirməmməd Hüseynovun "Birinci Respublikamızın qısa, şərəfli və çətin yolu" başlıqlı yazısına nəzər salaq: 

"...Cümhuriyyətin gördüyü işlər, həyata keçirdiyi islahatlar, yaratdığı dövlət atributları, milli ordu quruculuğu, torpaqlarını qorumaq rəşadəti – bütün bunlar iftixar və heyranlıq hissi doğurmaya bilməz. Buraya 100 illik əsarət, zülm və haqsızlıq yükünü, 1917-1918-ci illərin faciələrini də əlavə etsək bu tarixi, nəhəng məsuliyyəti öhdəyə götürən, onu ləyaqət və qətiyyətlə həyata keçirən nəslin fədakarlığı daha uca və əzəmətlə nəzərimizdə canlanar". (Bax:  Şirməmməd Hüseynov, "Birinci Respublikamızın qısa, şərəfli və çətin yolu", "Mənəvi irsimiz və gerçəklik", 2004, s. 360). 

Göründüyü kimi hər iki alim şanlı tariximizlə qürur duyur, həm də qanlı idealogiyanın mürtəce siyasətini çılpaqlığı ilə oxucuya çatdırır. Digər məqam da ondan ibarətdir ki, mətbuatımızın qaranquşu olan "Əkinçi" 27 ay, dünyaya demokratik pəncərə açan Xalq Cümhuriyyəti isə 23 ay ömür yaşadı.

Deməli, Q.Xəlilovun da dediyi kimi, dil açmayan körpəmizi sevmək, onun acı taleyinə doğmalıq həm də Vətəndaş borcudur. 

Bu mənada BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublunun elmi və pedaqoji fəaliyyəti həm "...Vətənə, xalqa, millətə, onun keçmişinə, bu gününə, gələcəyinə qırılmaz tellərlə bağlı..." (F.Mehdi) olmasından, həm də Azərbaycan tarixində müstəsna xidmətləri olan ziyalılarımızın cəmiyyətdə tanıdılması baxımından əhəmiyyətlidir.

Professor Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitabları ilk növbədə alimin milli təəssübkeşliyindən doğan məsələdir.

“Şuşa ziyalıları: unudulmuş irs” kitabı Əhməd bəy Ağaoğlunun, Ceyhun bəy Hacıbəylinin, Hüseyn Baykaranın, Hilal Münşinin, Abay Mirzənin ruhuna sayğının, onların mənəvi yaşadılması, cəmiyyətə tanıdılması baxımından olduqca faydalı və gərəklidir.

Yeri gəlmişkən bir məqamı da qeyd edim: Ötən il Azərbaycan Dövlət Televiziyasının (AzTV) axşam efirində filologiya elmləri doktoru Vüqar Zifəroğlu və siyasi elmlər doktoru Elçin Əhmədovun gerçəkliyə dayalı "Gerçəklər" verilişi efirdə oldu. Şuşa ilinə və Əhməd bəy Ağaoğluya həsr olunan ilk verilişə Nəsiman Yaqublu "Skype" bağlantısı ilə qoşuldu. "Difai"nin 20-ci əsr tarixindəki mühüm rolundan, Azərbaycanın bütün bölgələrini əhatə etməsindən, Əhməd bəy Ağaoğlunun Xalq Cümhuriyyəti parlamentinə strateji ərazi olan Zəngəzurdan üzv seçilməsindən söz açdı.

Alim “Azərbaycan mətbuatı:gizli nəşrlər” kitabında Çar və sovet dövründə gizlin çap edilən, yasaq sayılan kitab, qəzet, jurnal, bülletenlər... haqqında geniş araşdırmalar aparıb. Kitabda dövrün çətinliklərinə baxmayaraq “samizdat” nəşrlərin son dərəcə gərgin fəaliyyəti öz əksini tapıb. Azərbaycan Milli Azadlıq Hərəkatı tarixi hər məqamı ilə oxucuya təqdim olunub.

Üzərinə "qadağan" möhürü vurulan tarixi sənədləri xalqa çatdırmaqla, Şərqdə ilk demokratik respublika quran, on əsrə yaxın müxtəlif dövləti idarə edən zəngin tarixli xalqımızın övladlarını cəmiyyətə tanıtmaqla bərabər, alim həm də xalqın başına müsibətlər gətirən düşmənə qarşı qələmini süngüyə çevirərək vuruşur. Xocalı qətliamından bəhs edən “Xocalı qırğını” kitabı buna sübutdur. Kitabda malımıza göz dikən, canımıza qəsd edən, qanımıza susayan erməni cəlladlarının iç üzü çılpaqlığı ilə açılır. 

Əhməd bəy Ağaoğlunun Şuşa şəhərində təhsil almasına imkan verməyən ermənilər, milli aydınlarımıza qarşı terror aktları törədən xəstə təfəkkür sahibləri yenə də öz "qəhrəman"lıqlarından əl çəkmirlər. N.Yaqubluya qarşı ciddi mübarizəyə qalxırlar. 

Tarixə nəzər salsaq görərik ki, ermənilərin xalqımızın başına gətirdikləri bəlalar gecə vaxtına, soyuq və şaxtalı aylara təsadüf edir. Bu da səbəbsiz deyil. Çünki qaniçən məxluqlara isti hava, gün işığı əziyyət verir. Biokimyaçı alim D.Dolfin izah edir ki, həmin canlılar təhlükəlidirlər. Qana hərisliyi isə xəstəliklə əlaqəlidir.

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti