Logo

"Netflix"ə tarixinin ən bahalı serialı gəlir

28.06.2023 12:11 190 baxış
IMG

Streaming xidməti Netflix tarixinin ən bahalı serialını yayımlamağı planlaşdırır.

Tehsil.biz xəbər verir ki, bu barədə "Kp.ru" məlumat yayıb.

Nəşrin yazdığına görə, yaxın zamanda yayımlanacaq “One Piece” adlı serial epizod dəyəri 18 milyon dollar olmaqla tarixin ən yüksək büdcəli layihəsi ola bilər.

Beləliklə, layihənin 10 seriyası 180 milyon dollar və ya 1,5 milyard rubla başa gələcək.

Süjet quldurların kralı olmaq istəyən Meymun D Luffy adlı gəncdən bəhs edir.

Qeyd edək ki, bundan əvvəl Netflix 31 avqustda yayımlanması planlaşdırılan serialın ilk tizerini yayımlamışdı.

Xəbər lenti