Logo

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları”

18.10.2024 16:52 30 baxış
IMG

Dekabrın 4-5-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda II beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

İnformasiya Texnologiyaları İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, beynəlxalq elmi-texniki konfransın keçirilməsində əsas məqsəd telekommunikasiya və idarəetmə sistemlərinin, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun effektiv inkişafının təmin edilməsi ilə əlaqədar xidmət sferasının, elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastrukturunun tələblərinə uyğun yaradlmasıdır. Bu sektorların IV Sənaye İnqilabının əsas prinsipləri bazasında effektivliyinin yüksəldilməsini təmin edən, elmi və texniki zəmin yaradan perspektiv şəbəkə konsepsiyalarının, rəqəmsal, kvant və intellektual texnologiyaların formalaşdırılmasıdır.

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru dosent Rəşid Ələkbərov və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev elmi-texniki konfransın proqram komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, tədbirin təşkilatçıları AzTU, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Milli Aerokosmik Agentliyi, İstanbul Texniki Universiteti, Ukraynanın Milli Texniki Universitetinin Xarkov Politexnik İnstitutu və Türkiyənin Qazi Universitetidir.

Xəbər lenti