Logo

“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb

06.12.2024 10:54 153 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalda filologiya, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid məqalələr dərc olunub.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, jurnalın “Filologiya” bölməsində “Şəmsəddin Sivasinin “Gülşən-abad” əsərində arxaikləşmiş türk mənşəli sözlər”, “XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun dilində ərəb leksikası”, “Ziya Bünyadov və onun “Polis məmuru Dümbül Bəyin macərası” əsəri haqqında”, “Şumer-Azərbaycan (ümumtürk) qəhrəmanlıq eposları arasında oxşarlıq” məqalələri dərc olunub.

Jurnalın “Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsində “Multikulturalizm praktikası və “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi kontekstində islamofobiya”, “Şirvan bölgəsinin məscidləri Azərbaycan xalqının mənəvi dəyərləri sferasında”, “Beynəlxalq nəqliyyat layihələri kontekstində Çin-İran münasibətləri”, “XX əsrin sonunda və XXI əsrin əvvəllərində ABŞ-ÇXR siyasi münasibətlərinin inkişafina təsir göstərən amillər” və digər məqalələr elmi ictimaiyyətin diqqətinə çatdırılıb.

Xəbər lenti