Logo

UNEC proqramları FIBAA akkreditasiyasından keçib

06.12.2024 12:28 164 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - iqtisadiyyat (iqtisadi nəzəriyyə, iqtisadi siyasət, qiymətqoyma, ekonometrika, turizmin iqtisadiyyatı), maliyyə (bankçılıq, vergitutma, maliyyə nəzarəti, maliyyə bazarları), biznesin idarə edilməsi (biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.

UNEC-dən TƏHSİL.BİZ-ə verilən məlumata görə, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib.

FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.

 

Xəbər lenti