“İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası keçirilib”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, 2024-cü il üzrə TKTA tərəfindən 14 ali təhsil müəssəsində "İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib. Akkreditasiya Şurasının 28 noyabr 2004-cü il tarixli iclasında 3 ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) təkrar akkreditasiyasına dair qərar qəbul olunub:
“Digər 11 proqram üzrə yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır. Onların növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur”.