Logo

BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində növbəti tədbirdə iştirak ediblər

28.01.2025 12:05 85 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları BDU-nun tərəfdaş olduğu Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində “İnstitusional akademik arxivin icra planı” mövzusunda keçirilən növbəti onlayn tədbirdə iştirak ediblər.

BDU-dan TƏHSİL.BİZ-ə verilən məlumata görə, tədbirdə İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana direktoru Gültekin Gürdal institusional akademik arxivin yaradılması, tədqiqat və təhsil resurslarının uzunmüddətli idarə edilməsi haqqında təqdimatla çıxış edib. O, institusional arxivi uzunmüddətli idarə etmək üçün həyata keçirilməli planı açıqlayıb.

Gültekin Gürdal təqdimatında DIRNA layihəsinin uzunmüddətli davamlılığı üçün güclü texniki infrastruktur və insan resurslarının inkişaf etdirilməli olduğunu vurğulayıb, milli və beynəlxalq əməkdaşlığın artırılmasının və tədqiqat nəticələrinin daha əlçatan və davamlı olmasının vacibliyinə diqqət çəkib.

Sonda “Təşkilati struktur”, “Tədqiqatın nəticəsi və texniki bacarıqların gücləndirilməsi”, “İctimaiyyətlə əlaqələr və tərəfdaşlıqların qurulması”, “Metadata məsələləri üzrə təşkilatlar arasında əməkdaşlıq” və digər mövzulardan ibarət plan tərəfdaş universitetlərin nümayəndələri ilə müzakirə olunub.

Xəbər lenti