Logo

Azərbaycanda PISA-nın İqlim Savadlılığı üzrə pilot mərhələsi başlayıb

09.10.2025 09:14 70 baxış
IMG

7 oktyabrdan etibarən Azərbaycanda PISA-nın İqlim Savadlılığı sahəsi üzrə pilot mərhələsinin keçirilməsinə başlanılıb. Qiymətləndirmə oktyabr ayı ərzində davam edəcək.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildiirlib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra İƏİT) Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsdən sonra PISA-nın 2029-cu il dövrünə iqlim savadlılığının yeni səriştə əsaslı qiymətləndirilməsini daxil etməyi nəzərdən keçirir. İdeyanın təşəbbüskarı kimi Azərbaycan da bu mərhələdə 14-16 yaşlı şagirdlərlə iştirak edir. Qiymətləndirmədə 65 məktəbdən təqribən 1600-dən çox şagirdin iştirak edəcəyi gözlənilir.

Qiymətləndirmə iki hissədən ibarətdir:

1) Şagirdlərin iqlim savadlılığını ölçən koqnitiv hissə;
2) Şagirdlərin müxtəlif iqlim məsələləri ilə bağlı yanaşma və davranışlarını ölçən sorğu hissəsi.

Pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini yoxlamaq məqsədi daşıyır.

Xəbər lenti