Logo

Azərbaycan alimləri Özbəkistanda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

27.10.2025 16:50 48 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, institutun əməkdaşı Sevinc Quliyeva, Bakı Mühəndislik Universitetinin professoru tarix elmləri doktoru Şikar Qasımov, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Əfşan Şəfiyeva Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində keçirilən “Türk dünyasının yeniləşmə prosesləri: Türk dünyasında cədidçilik” mövzusunda III beynəlxalq simpoziumda iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə Fəlsəfə və Sosiologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, 100-dən çox alimin qatıldığı simpoziumda Azərbaycan alimlərinin məruzə və çıxışları maraqla qarşılanıb. Simpoziumda Xatirə Quliyevaya Özbəkistanın fəxri qonağı kimi xüsusi olaraq Özbəkistanın milli geyimi, araqçın və digər milli hədiyyələr verilib.

 

Xəbər lenti