Logo

Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

27.10.2025 16:52 48 baxış
IMG

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin informatika müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları üzrə ikinci kurs magistrantları Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi təcrübə keçiblər.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, təcrübə proqramı iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib. Təcrübənin məqsədi magistrantların nəzəri biliklərini praktik fəaliyyətlə uzlaşdırmaq, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək və onların müasir informasiya texnologiyaları, tətbiqi riyaziyyat və kibernetika sahələrində biliklərini genişləndirmək olub.

Təcrübə müddətində magistrantlar fakültənin elmi laboratoriyaları və kafedralarında aparılan tədqiqat işləri ilə tanış olub, professor-müəllim heyətinin mühazirə və seminarlarında iştirak ediblər.

Elmi təcrübə proqramının sonunda magistrantlara BDU tərəfindən sertifikatlar təqdim olunub. Təltifetmə mərasimində iki universitet arasında akademik və elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb, gələcəkdə birgə layihələrin və tədqiqatların həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Xəbər lenti