Logo

Təhsil Nazirliyi vakansiya yerlərinin gizlədilməsi iddialarına münasibət bildirdi

16.02.2022 12:30 799 baxış
IMG

Təhsil Nazirliyi vakansiya yerlərinin gizlədilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, belə hallar varsa, bununla bağlı nazirliyə müraciət olunsun və məsələ araşdırılsın: “Vakant yerlərə işə qəbul MİQ vasitəsilə həyata keçirilir. Əgər belə hallar varsa, biz onunla mübarizə aparırıq. Belə məlumat daxil olarsa, dərhal reaksiya verə bilərik. Bununla bağlı çağrı mərkəzimizə də müraciət oluna bilər. Cari tədris ilində kütləvi, yəni, onlarla, yüzlərlə belə müraciət olmayıb. Əgər belə hal varsa, müraciət edilsin, araşdıraq və müvafiq tədbirlər görək”.

Xəbər lenti