Logo

Mart ayı üzrə dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

05.04.2022 10:13 451 baxış
IMG

Bu ilin mart ayı üzrə 82 nəfər dissertasiya müdafiə edib.

"Tehsil.biz"in Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına istinadən verdiyi xəbərinə görə, dissertasiya işlərindən 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində müdafiə olunub.

73 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi alıb.

Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla aqrar, yer elmləri və psixologiya üzrə olub. //APA//

Xəbər lenti