Logo

Peşə təhsili üzrə müəlllim və psixoloqlar üçün təlimlər

28.01.2021 19:55 1307 baxış
IMG

Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyət və psixoloqlar üçün “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlər davam edir.

 

26 yanvar tarixində başlayan təlimlər 3 gün davam edəcək.

 

Təlim proqramı müəllim və psixoloqlar üçün əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, tədris proqramının tətbiqi və uyğunlaşdırılması, tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir. Eyni zamanda, təlim psixoloqlar üçün əlavə olaraq inklüziv təhsildə psixoloqun rolu və əlilliyi olan tələbələr, valideynlər və müəllimlər ilə psixoloji xidmət üçün tövsiyələr kimi məqamlara da fokuslanmaqdadır.

 

Qeyd edək ki, təlimlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı  çərçivəsində həyata keçirilən "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsi çərçivəsində keçirilir.

Xəbər lenti