Logo

Məşhur amerikalı ssenarist vəfat edib

27.07.2023 15:58 199 baxış
IMG

Məşhur amerikalı ssenarist Bo Qoldman 90 yaşında vəfat edib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, “Qadın ətri” filminin ssenari müəllifi, “Oskar” mükafatı laureatı B.Qoldman Kaliforniyadakı evində dünyasını dəyişib.

Qeyd edək ki, ssenarist “Qu quşu yuvasının üzərindən uçarkən”, həmçinin “Melvin və Hovard” filmlərinin ssenarisinə görə “Oskar” mükafatına layiq görülüb. Onun eyni zamanda məşhur layihələri arasında "Tanış olun, Co Blek", "Qadın ətri", "City hall", "Paradine işi" kimi ekran əsərlərini misal çəkmək olar.

Xəbər lenti