Logo

Stokholmdakı “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri Zəfər Gününə hazırlaşır

05.11.2023 23:31 300 baxış
IMG

Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Mədəniyyəti Dərnəyinin (SAF) nəzdindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdləri 8 Noyabr – Zəfər Günü bayramına hazırlaşır.

"Tehsil.biz"in məlumatına görə, dərnəyin rəhbəri Sevda Dadaşova bildirib ki, həmin gün məktəbdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad ediləcək. “Qarabağ” məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndiriləcək.

Bundan başqa, şagirdlərin Zəfər Gününə həsr etdikləri video-çarx nümayiş etdiriləcək.

Qeyd edək ki, Stokholm şəhərində “Qarabağ” Azərbaycan məktəbi 1 sentyabr 2018-ci ildən fəaliyyət göstərir. Bu tədris ocağı İsveçdə doğulmuş azərbaycanlı uşaqların assimilyasiyaya uğramasının qarşısını almaq, milli kimliyinin unudulmasına yol verməmək, Azərbaycan tarixini və mədəniyyətini, milli adət-ənənələrimizi öyrətmək məqsədilə yaradılıb.

Xəbər lenti