Logo

Estoniyada müəllimlərin müddətsiz tətili başlayıb

22.01.2024 15:04 126 baxış
IMG

Estoniyada maaşların artırılmasını tələb edən orta məktəb müəllimləri yanvarın 22-dən müddətsiz tətilə başlayıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya Təhsil İşçilərinin Həmkarlar İttifaqı tətildə 330 məktəbin və 9,4 mindən çox müəllimin iştirak edəcəyini bildirib.

Yanvarın 24-də məktəbəqədər təhsil müəssisələri, peşə məktəbləri və təhsil müəssisələrinin əməkdaşlarının da tətillərə qoşularaq üçgünlük həmrəylik aksiyasına başlayacağı bildirilir. Beləliklə, etirazçıların ümumi sayının 18 min nəfəri ötəcəyi gözlənilir.

Həmkarlar İttifaqı müəllimlərin minimum əmək haqqının 1835 avroya çatdırılmasını və dövlətlə uzunmüddətli müqavilənin bağlanmasını tələb edir.

“Norstat” sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Estoniya vətəndaşlarının 67 faizi müəllimlərin tətilini dəstəkləyir.

Xəbər lenti