Logo

İranda tanınmış jurnalist və tədqiqatçı həbs edildi

23.01.2024 16:06 146 baxış
IMG

İranda jurnalist və tədqiqatçı Ğəzale Zare həbs edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat paylaşıb.

Bildirilib ki, o, Xürrəmabad İnqilab Məhkəməsi tərəfindən “hakimiyyət əleyhinə təbliğat aparmaq və ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə qrup yaratmaq” ittihamı ilə üç il həbs cəzasına məhkum edilib. İttihamlara əsas kimi jurnalistin kitab təhlili üzə seminarlar təşkil etməsi göstərilib.

Zare həbs cəzasından əlavə, “İran-e Fərda” (jurnal formatında çap olunan və İranın cari ictimai-siyasi məsələlərinə həsr olunan, rəqəmsal çap edilən İran millətçi-dini dövri nəşridir) kitabını oxumağa məhkum edilib.

Xəbər lenti